EN

Sel bölgələrdə fəsadlar törədibVİDEO

Güclü yağış nəticəsində yaranan sel bir sıra bölgələrdə fəsadlar törədib.

Xezerxeber.az-ın məlumatına görə, Astarada gecə saatlarından su basmış ərazilərə texnikalar cəlb olunub.

Rayonun Ərçivan qəsəbəsi də daxil olmaqla, subasma ehtimalı olan ərazilər aidiyyəti qurumların əməkdaşları tərəfindən nəzarətdə saxlanılıb.

Su tam çəkildikdən sonra təxliyə edilmiş vətəndaşların evlərinə qayıtması təmin edilib.

İntensiv yağan yağışlar Lənkəran şəhərində bir sıra problemlər yaradıb. Həyətlərdə toplanan sular xüsusi texnikaların köməyi ilə təmizlənib. 

Güclü axın kənd təsərrüfatı sahələrinə, həyətyanı torpaqlara və yollara ziyan vurub. Hazırda çayın sahilboyu ərazilərində təhlükə davam edir.

Balakən rayonunun Şərif kəndində də problemlər yaranıb. Rayon ərazisindən keçən İnterçayda suyun səviyyəsi artıb. Nəticədə çayın kənarları yuyulmağa başlayıb.

Yaranmış təhlükənin qarşısını almaq məqsədilə Balakən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin ağır texnikası və işçi qüvvəsi əraziyə cəlb olunub.

Hazırda çayda sahilbərkitmə işləri davam etdirilir, axının istiqaməti nəzarətə götürülür. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
102
xezerxeber.az

1Sources