EN

“Barselona”nın qapıçısı xəstəxanadan paylaşım etdi – FOTO

“Barselona”nın qapıçısı Joan Qarsiya uğurlu diz əməliyyatı keçirib.

İdman.biz xəbər verir ki, qolkiper oni ziyarətə gələn komanda yoldaşları Pedri və Dani Olmo ilə fotosunu sosial şəbəkə hesabında paylaşıb.

Qarsiya sağlamlığının yaxşı olduğunu yazıb: “Bütün hər şey əla keçdi. Dönüşü səbirsizliklə gözləyirəm! Mesajlarınıza və dəstəyinizə görə təşəkkür edirəm”.

Sentyabrın 27-də Barselonada sol dizindən əməliyyat olunan futbolçunun bərpası reabilitasiya prosesinin gedişinə uyğun olaraq, 4–6 həftə çəkəcək.

Qeyd edək ki, 24 yaşlı Qarsiya ötən yay “Barselona”ya qoşulub və indiyədək bütün turnirlərdə 7 oyun keçirib, onların 3-də qapısını toxunulmaz saxlayıb. Onun klubla müqaviləsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub, transfer dəyəri isə 25 milyon avro qiymətləndirilir.

İdman.biz

Chosen
38
1
idman.biz

2Sources