EN

“Sabah” – “Sumqayıt” oyununda işıq söndü, matç dayandırıldı

Premyer Liqanın 6-cı turunda keçirilən “Sabah” – “Sumqayıt” oyunu zamanı stadionun projektorunda problem yaranıb.

KONKRET.az xəbər verir ki, görüşün 29-cu dəqiqəsində “Bank Respublika Arena”da işıqlar sönüb.

Bu səbəbdən də matç hazırda dayandırılıb. Sözügedən dəqiqəyə qədər görüşdə meydan sahibləri 1:0 hesabı ilə qalib gəlirdi.

Chosen
52
11
konkret.az

10Sources