EN

Zəlzələylə əlaqədar hava limanında uçuşlara fasilə verildi

Kütahyada baş verən və ətraf bölgələrdə hiss olunan zəlzələdən sonra İstanbulun Sabiha Gökçen Hava Limanında təhlükəsizlik məqsədilə operativ tədbirlər görülüb.

Avtosfer.az-ın Türkiyə bürosunun məlumatına görə, hava hərəkəti nəzarətçisi eniş edən təyyarələri ehtiyat tədbiri olaraq xəbərdar edib.

Zolağın yoxlanılması üçün uçuşlar təxminən 5 dəqiqəlik dayandırılıb. Bu müddətdə iki təyyarə eniş etməyib. 

Aparılan yoxlamalar zamanı hər hansı nasazlıq və ya risk aşkarlanmadığından uçuşlar yenidən bərpa edilib.

Chosen
15
17
avtosfer.az

10Sources