EN

Pavel Durovun saxlanması Moldovadakı senzura ilə bağlı olub

Bir il əvvəl Fransanın xüsusi xidmət orqanlarının "Telegram"ın qurucusu Pavel Durovu saxlaması Moldovadakı senzura ilə bağlı olub.

Operativ Media xəbər verir ki, bu barədə Durov özü məlumat yayıb. O bildirib ki, fransızlar ondan prezident seçkiləri ərəfəsində müxalifətə aid "Telegram" kanallarını silməyi tələb ediblər.

Kanalların demək olar ki, hamısı qanuni və qaydalara uyğun fəaliyyət göstərib.

Yeganə ümumi cəhət – Fransa və Moldova hökumətlərinə xoş gəlməyən siyasi mövqelərin ifadəsi olub.

"Telegram Parisin xahişi ilə prezident seçkiləri öncəsi kanalları senzura etməyi rədd etdi, siyasi səbəblərə görə kontent silinmir", – deyə Durov bəyan edib.

Chosen
21
operativmedia.az

1Sources