EN

III MDB Oyunları: Azərbaycan stolüstü tennisçiləri daha üç medal təmin edib- FOTO

Qəbələ Olimpiya İdman Kompleksində keçirilən III MDB Oyunlarının stolüstü tennis yarışları bu gün də davam edib.

AzPost xəbər verir ki, oğlanların qoşa yarışlarda Adil Əhmədzadə ilə Onur Quluzadə tandemi yarımfinalında belaruslu İvan Zaytsau-Aleksey Rabuşka cütu üzərində 3-0 hesablı qələbə qazanaraq, finala yüksəliblər. Amma həlledici görüşdə onlar rusiyalı cütlüyünə məğlub olaraq gümüş medal qazanıblar.

Qızların qoşa yarışında Yağmur Məmmədli və Aylin Əsgərova dueti yarımfinalda məğlub olaraq üçüncü yeri tutub və bürünc medal qazanıb.

Qarışıq qoşa yarışında Mərzıyyə Nurmətova ilə Onur Quluzadə da bürünc medalların sahibləri olublar.

AzPost.az

Chosen
21
azpost.info

1Sources