Bir il əvvəl Fransanın xüsusi xidmət orqanlarının "Telegram"ın qurucusu Pavel Durovu saxlaması Moldovadakı senzura ilə bağlı olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Durov özü məlumat yayıb. O bildirib ki, fransızlar ondan prezident seçkiləri ərəfəsində müxalifətə aid "Telegram" kanallarını silməyi tələb ediblər. Kanalların demək olar ki, hamısı qanuni və qaydalara uyğun fəaliyyət göstərib.
Yeganə ümumi cəhət – Fransa və Moldova hökumətlərinə xoş gəlməyən siyasi mövqelərin ifadəsi olub.
"Telegram Parisin xahişi ilə prezident seçkiləri öncəsi kanalları senzura etməyi rədd etdi, siyasi səbəblərə görə kontent silinmir", – deyə Durov bəyan edib.