EN

Fransa 2400 hərbçini Rumıniyaya göndərir

Fransa 30 sentyabra qədər Rumıniyaya 2400 hərbçi göndərəcək. Onlar NATO-nun “Dacian Fall 2025” adlı genişmiqyaslı hərbi təlimlərində iştirak edəcəklər.

Axar.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlər 20 oktyabr – 13 noyabr tarixlərində Çinku, Smırdan, Kapu-Midiya, Babadaq, Boqate, Alba-Yuliya, Hanu-Konaki, Cermate və Kırçișoara poliqonlarında keçiriləcək.

Ümumilikdə, təlimlərə 5 min hərbçi və 1200 hərbi texnika cəlb olunacaq. Qoşunlar Belçika, Bolqarıstan, İtaliya, Lüksemburq, Şimali Makedoniya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya və Fransanı təmsil edəcək. Təlimlər Rumıniya ilə yanaşı, Bolqarıstan ərazisində də aparılacaq.

Chosen
27
6
axar.az

7Sources