EN

“Mançester Yunayted”in baş məşqçisi istefa verəcək? - Özü AÇIQLADI

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasının 6-cı turunda “Brentford”a səfərdə 1:3 hesabı ilə uduzduqdan sonra öz istefa ehtimalı barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, "BBC" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.

“Mən heç vaxt işim barədə narahat olmuram — mən belə insan deyiləm. Bu, mənim qərarım deyil. Burada olduğum müddətcə hər dəqiqə əlimdən gələni edəcəyəm”.

Altı turdan sonra “Mançester Yunayted” 6 xalla turnir cədvəlində 14-cü pillədə qərarlaşıb və komandanın fərqi mənfidir (-4). Növbəti turda “Qırmızı şeytanlar” 4 oktyabrda “Sanderlend”lə qarşılaşacaq.

Chosen
4
1
90deqiqe.az

3Sources