EN

Bir kənddən 39 yaralı çıxarmış şəhidin anası: "Dedi ki..."

Vətən müharibəsi şəhidi Qəzənfər Mütəllimovun qəhrəmanlığı barədə anası Minəxanım Mütəllimova Baku TV-yə danışıb.

"Müharibə dayanandan bir neçə gün sonra zəng gəldi. Qəzənfərin səsi idi. Mən elə bildim ki, hospitaldadır. Sən demə, mühasirəni yarıb neçə gündür bellərində yaralı gətirirmişlər", - deyə şəhidin anası bildirib.

Onun sözlərinə görə, Qəzənfər döyüş meydanında bir an belə dayanmadan silah-sursat, yaralı əsgər və şəhid daşıyıb:

"O, təkcə Füzulinin Qaraxanbəyli kəndindən 39 yaralı və 1 şəhid çıxarıb. Uşaqlar minalanmış ərazidə mühasirədə imiş. Qəzənfər isə deyib ki, ölüm də olsa, mən getməliyəm, döyüş yoldaşlarıma kömək etməliyəm".

"Uşaqlar deyirdilər ki, onun başına pul qoyulubmuş, kim oğlumu öldürsə, mükafat alacaqmış. Çünki silah-sursatı o daşıyırdı. Məclislərdə "pələng" ləqəbini eşidirdim. Sonradan bildim ki, ona "pələng" deyirmişlər", - Minəxanım Mütəllimova sözlərinə əlavə edib.

Daha ətraflı videomaterialda:

Chosen
5
4
hit.az

5Sources