EN

Onlara əlavə bayram günü VERİLƏCƏK

Almaniyanın Şlezviq-Holşteyn əyalətində müsəlmanlar artıq iki İslam bayramında - Ramazan ayının ilk günü və Qurban bayramında istirahət edə biləcəklər. 

“Cebheinfo.az” “Spiegel”-ə istinadən xəbər verir ki, Regional Mədəniyyət Nazirliyi bu barədə bildirib.  Belə ki, dövlət və Şimali Almaniya İslam Mədəniyyət Mərkəzləri Assosiasiyası (VIKZ) müvafiq saziş imzalayıb.

Bununla belə, heç kim əlavə rəsmi istirahət günü almır, bu fürsətdən istifadə etmək üçün adətən öz tətil günlərini sərf etməlidir.

Təhsil naziri Dorit Stenke "Müsəlman inanclı insanlar cəmiyyətimizin bir hissəsidir. Biz bunu müqavilədə təmin edirik”,-deyib.

Hazırda Kiel, Neumünster, Flensburq və Lübeck şəhərlərində, həmçinin Vahlstedt, Norderstedt, Heide, Elmshorn, Glückstadt və Vedel şəhərlərində müsəlman təşkilatının 12000 üzvü var.

Xəzər

“Cebheinfo.az”

Chosen
56
1
cebheinfo.az

2Sources