EN

Fransa Rumıniyaya 2,4 min hərbçi göndərir

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb ki, Fransadan olan 2400 hərbiçi 30 sentyabra qədər ölkəyə göndəriləcək. Onlar NATO-nun “Dacian Fall 2025” adlı genişmiqyaslı hərbi təlimlərində iştirak edəcəklər.Bizim.Media xəbər verir ki, Nazirliyin açıqlamasında qeyd olunur ki, fransız kontingenti, Çinku bölgəsində yerləşən NATO döyüş qrupuna əlavə olaraq, bu gündən etibarən Djurdju və Vama-Veke sərhəd-keçid məntəqələrindən Rumıniyaya daxil olur.Təlimlər 20 oktyabr – 13 noyabr tarixlərində Çinku, Smırdan, Kapu-Midiya, Babadaq, Boqate, Alba-Yuliya, Hanu-Konaki, Cermate və Kırçișoara poliqonlarında keçiriləcək.Ümumilikdə, təlimlərə 5 min hərbçi və 1200 hərbi texnika cəlb olunacaq. Qoşunlar Belçika, Bolqarıstan, İtaliya, Lüksemburq, Şimali Makedoniya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya və Fransanı təmsil edəcək. Təlimlər Rumıniya ilə yanaşı, Bolqarıstan ərazisində də aparılacaq.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
4
bizim.media

6Sources