Misli Premyer Liqasında VI tura bu gün yekun vurulacaq.

Offsideplus.az xənər verir ki, günün ilk oyununda "Turan Tovuz" autsayder "Kəpəz"i qəbul edəcək.

Qərb derbisi bu dəfə Tovuz şəhər stadionunda yeniləmə işləri davam etdiyi üçün Bakıda oynanılacaq.

"Turan Tovuz"un aktivində 9 xal var və 5-ci yerdədilər. "Kəpəz" isə 5 turdan sonra liqanın yeganə xalsız komandasıdır.

Misli Premyer Liqası, VI tur

28 sentyabr

16:30. "Turan Tovuz" – "Kəpəz" 2:0 (fasilə)

Qollar: Batista, 32,35

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.

VAR: Kamal Umudlu.

AVAR: Kamran Əliyev.

"Azersun Arena"