EN

Xaçmaz-Bakı marşrut avtobusunda həyacanlı ANLAR - Sərnişinin ürəyi... - FOTO

Xaçmaz-Bakı marşrutu ilə işləyən sərnişin avtobusu Bakı-Quba yolunun Zarat Dövlət Yol Pollsinin postunda dayanmalı olub. Belə ki, Xaçmazdan Bakıya gedən "İkarus"markalı avtobusda sərnişinlərdən birinin ürəyi tutub, özünü pis hiss edib.

Bizim.Media xəbər verir ki, dərhal Siyəzən rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadası Zarat postuna gəlib və tibbi heyət narahat sərnişinə tibbi yardım edib.

Tibbi müdaxilədən sonra sərnişinin vəziyyəti yaxşılaşıb.

Sərnişin avtobusu yoluna davam edib, vəziyyəti stabilləşən sərnişin də yolundan qalmayıb.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Chosen
23
1
bizim.media

2Sources