EN

Bir kənddən 39 yaralı çıxarmış şəhidin anası: "Dedi ki, ölüm də olsa, mən getməliyəm" - VİDEO

Vətən müharibəsi şəhidi Qəzənfər Mütəllimovun anası Minəxanım Mütəllimova oğlunun qəhrəmanlığı barədə danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, Baku TV-yə müsahibə verib.

"Müharibə dayanandan bir neçə gün sonra zəng gəldi. Qəzənfərin səsi idi. Mən elə bildim ki, hospitaldadır. Sən demə, mühasirəni yarıb neçə gündür bellərində yaralı gətirirmişlər", - deyə şəhidin anası bildirib.

Onun sözlərinə görə, Qəzənfər döyüş meydanında bir an belə dayanmadan silah-sursat, yaralı əsgər və şəhid daşıyıb:
 

"O, təkcə Füzulinin Qaraxanbəyli kəndindən 39 yaralı və 1 şəhid çıxarıb. Uşaqlar minalanmış ərazidə mühasirədə imiş. Qəzənfər isə deyib ki, ölüm də olsa, mən getməliyəm, döyüş yoldaşlarıma kömək etməliyəm".


"Uşaqlar deyirdilər ki, onun başına pul qoyulubmuş, kim oğlumu öldürsə, mükafat alacaqmış. Çünki silah-sursatı o daşıyırdı. Məclislərdə "pələng" ləqəbini eşidirdim. Sonradan bildim ki, ona "pələng" deyirmişlər", - Minəxanım Mütəllimova sözlərinə əlavə edib.

Daha ətraflı videomaterialda:


Bizim.Media

Chosen
6
2
bizim.media

3Sources