EN

MDB Oyunları tarixində üzgüçülük üzrə Azərbaycanın ilk medalları - FOTO

III MDB Oyunlarının çərçivəsində Gəncə İdman Sarayında edən üzgüçülük yarışlarında növbəti medalçılar müəyyənləşib.

 

Apasport.az xəbər verir ki, qadınların mübarizəsində arxasıüstə 200 metr məsafəyə üzmə yarışında rusiyalı Anastasia Kobzar birinci, qazaxıstanlı Marqarita Zaitseva və onun həmyerlisi Marqarita Rayenka növbəti pillələrdə qərarlaşıblar.

 

Kişilər arasında 1 500 metr məsafəyə sərbəst üsulla üzmə yarışında rusiyalı Aleksandr Filipets qızıl medal, Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadə - gümüş medal, daha bir rusiyalı Boqdan Toropkin isə bürünc medal qazanıb.

 

4x100 metr məsafəyə qarışıq estafet yarışında Rusiya yığması birinci, Belarus ikinci, Qazaxıstan üçüncü, Azərbaycan millisi dördüncü, Özbəkistan isə beşinci yerdə tamamlayıb.

 

Kişilər arasında 200 metr məsafəyə dörd üslübdan ibarət fərdi üzgüçülük yarışında rusiyalı İlya Lamşanov qızıl, belaruslu Maksim Maluşka gümüş, Azərbaycan üzgüçüsü Yeqor Maynitski isə bürünc mükafat əldə edib.

 

Daha öncə qadınların 100 metr məsafəyə “butterfly” üsulu üzrə yarışında Azərbaycan idmançısı Mehri Əbdürəhmanlı bürünc medal əldə edib. Bu, Azərbaycanın MDB Oyunları tarixində üzgüçülükdə ilk medalları oldu.

 

Qeyd edək ki, mükafatlandırma mərasimində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov iştirak edib.

 

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçirilir: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi.

III MDB Oyunlarında iştirak edəcək daha iki nümayəndə heyəti ölkəmizə gəlib - FOTO

MDB Oyunları: "Bakıya ən yaxşı futbolçularımızı gətirmişik"

MDB Oyunları: Belarus tennisçiləri Bakıya gəlib

Bakı çempionatının qalibləri müəyyənləşib

Bakıda "Olimpiya günü" tədbiri keçiriləcək

Chosen
11
1
apasport.az

2Sources