EN

DNT testi 34 il əvvəl törədilən qətllərin üstünü açdı

ABŞ-nin Ostin şəhərində 1991-ci ildə kafedə dörd məktəbli qızın səs-küylü qətli ilə əlaqəsi olan şəxsin kimliyi 34 il sonra müəyyənləşib. Xəbər HBO sənədli serialının yayımlanmasından bir ay sonra yayılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Ostin polisi müasir DNT testinin Robert Yucin Braşersə aid olduğunu açıqlayıb. Onun adı əvvəllər bir neçə qətldə və 14 yaşlı qızın zorlanmasında hallanıb. 1999-cu ildə o, polislə qarşıdurma zamanı intihar edib.

Bəyanatda qeyd edilir ki, müstəntiqlər 34 ilə yaxındır ki, bu iş üzərində işləyirlər. İstintaqın hələ də davam etdiyi də vurğulanıb.

Hadisəni törədənin şəxsiyyəti qurbanlardan birinin üzərində tapılan kiçik DNT nümunəsinin analizi ilə müəyyən edilib. Müasir DNT test üsulları əvvəllər qeyri-mümkün olan bir uyğunluğu müəyyən etməyə imkan verib. Məhz bu material əvvəllər iş üzrə günahsız olan şübhəlilərin bəraət almasına kömək edib.

Milli.Az

Chosen
4
3
milli.az

5Sources