Musavat.com-un məlumatına görə Prezident bildirib ki, düşmən bu gecə təxminən 500 hücum dronu və 40-dan çox raket - o cümlədən "Kinjallar" - istifadə edib. Zelenski vurğulayıb:
"Düşmən bu gecə demək olar ki, 500 hücum dronundan və 40-dan çox raketdən, o cümlədən 'Kinjallar'dan istifadə etdi. Biz onların gəlir əldə etmə imkanlarını məhdudlaşdırmaq və diplomatiyaya məcbur etmək üçün cavab zərbələrimizi davam etdirəcəyik".
Məlumata görə, kütləvi hücum 12 saatdan artıq davam edib. Kiyevdə 4 nəfər həlak olub, təxminən 20 nəfər yaralanıb.
Hadisə ilə bağlı rəsmi qurumların və hər iki tərəfin əlavə açıqlamaları gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31