EN

"Putin Moskvada Trampla görüşməyə hazırdır"

Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampa dəvəti qüvvədə qalır, bundan sonra Amerika tərəfi öz qərarlarını verməlidir.

Demokrat.az xəbər verir ki, bu barədə "TASS"a Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dəvətin qüvvədə qalıb-qalmaması ilə bağlı sualı cavablandırarkən bildirib.

"Bu daimi dəvətdir. Putin prezident Trampla görüşməyə hazırdır və buna görə şad olardı. Hər şey Trampın qərarından asılıdır", - Kreml sözçüsü bildirib.

Chosen
40
15
demokrat.az

10Sources