EN

“Kopenhagen”in baş məşqçisi: “Hazır olmalıyıq”

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi olan “Kopenhagen”in baş məşqçisi Yakob Neestrup komandasının “Syonneryuske” üzərində 2:1 hesablı qələbəsindən sonra futbolçularına istirahət verib.

Bizim.Media xəbər verir ki, mütəxəssis qarşıda gərgin həftə olduğunu bildirib.

Neestrup vurğulayıb ki, növbəti oyunlar üçün futbolçuların bərpa olunması üçün vaxt lazımdır:
 

“Çərşənbə günü səfərdə Çempionlar Liqası çərçivəsində “Qarabağ” komandasına qarşı oyununu keçirəcəyik. Ardınca isə Danimarka çempionatında “Midtyulland”la qarşılaşma var. Futbolçuların bərpa olunması üçün vaxt lazımdır ki, bu matçlara optimal formada çıxa bilək. Biz həm psixoloji, həm də fiziki cəhətdən hazır olmalıyıq. Bunlar iki böyük oyun olacaq”.


Mütəxəssis, həmçinin ümid etdiyini vurğulayıb ki, zədəsi olan cinah oyunçusu Elias Aşuri “Qarabağ”la qarşılaşmaya qədər sıraya dönəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
10
2
bizim.media

3Sources