Azərbaycanda keçirilən III MDB Oyunlarında üzgüçülük yarışının qalibləri bəlli olub.
Day.Az xəbər verir ki, Gəncə İdman Sarayında qadınlar arasında 800 metr məsafəyə sərbəst üsulla üzmə yarışının nəticələrinə əsasən mükafatçılar müəyyənləşib.
Birinci yeri Rusiya təmsilçisi Anastasiya Çernışova tutub, ikinci yerə onun həmyerlisi Valeriya Brazniçenko, üçüncü yerə isə Belarus idmançısı Kseniya Mastoviç layiq görülüb.
Qeyd edək ki, Azərbaycan üzgüçüsü Anastasiya Qnussina finiş xəttinə 4-cü olaraq çatıb.