EN

Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejimin özünü buraxmasından iki il ötür

İki il əvvəl, 2023-cü il sentyabrın 28-də Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejim özünü buraxdığını elan edib.

Editor.az  xatırladır ki, bu barədə qondarma separatçı quruma rəhbərlik edən Samvel Şahramanyan “qərar” verib.

“Qərar”da göstərilirdi ki, qondarma rejimin bütün “qurum” və “təşkilat”larının fəaliyyəti 2024-cü il yanvarın 1-dək dayandırılacaq.

Həmin vaxt Şahramanyan erməniəsilli sakinlərin gələcəkdə Qarabağda qalmaq mümkünlüyü barədə müstəqil və fərdi qərar qəbul etmək üçün Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olmalarını istəmişdi.

Bu “qərar”dan əvvəl, 2023-cü il sentyabrın 19-20-də isə lokal xarakterli antiterror tədbirləri keçirilmiş, Azərbaycan dövlət suverenliyini bərpa etmişdi.

Chosen
24
4
editor.az

5Sources