EN

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

Azərbaycanda keçirilən III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub.

İdman.biz xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən qadınların yarışında 800 metr məsafəyə sərbəst üsulla üzmədə qaliblər mükafatlandırılıblar.

Rusiya təmsilçisi Anastasiya Çernışova birinci, onun həmyerlisi Valeriya Brazniçenko ikinci, Belarusdan olan Kseniya Mastoviç üçüncü olub.

Qeyd edək ki, Azərbaycan üzgüçüsü Anastasiya Qnussina finişə 4-cü çatıb.

İdman.biz

Chosen
31
2
idman.biz

10Sources