Bu gün Misli Premyer Liqasında 6-cı tura yekun vurulacaq.
KONKRET.az xəbər verir ki, son oyun günündə 2 görüş keçiriləcək.
İlk olaraq “Turan Tovuz” əzəli rəqiblərindən olan “Kəpəz”i qəbul edəcək. Hazırda “Turan Tovuz” 9 xalla 5-ci, keçirdiyi 5 oyunun hamısında uduzan “Kəpəz” isə sonuncudur. Qərb derbisi saat 16:30-da başlayacaq.
Günün və turun son matçı isə Masazırda olacaq. Burada “Sabah” “Sumqayıt”ı qəbul edəcək. “Sumqayıt” 10 xalla 4-cü, “Sabah” isə 7 xalla 7-cidir. Oyuna saat 19:00-da start veriləcək.