EN

ABF nin baş katibi Avropa çempionatına qatılacaq parabadmintonçularımızla görüşüb FOTO

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev 30 sentyabr - 10 oktyabrda Türkiyənin İstanbul şəhərində parabadminton üzrə Avropa çempionatında iştirak edəcək millinin oyunçuları və ailə üzvləri ilə görüşüb.

İdman.biz xəbər verir ki, baş katib onlara qarşıdakı turnirdə uğurlar arzulayaraq, turnirdə iştirak üçün göstərdiyi dəstəyə görə Azərbaycan Paralimpiya Komitəsinə təşəkkürünü bildirib.

Komandanın baş məşqçisi Teymur Abbasov para badmintonçularımızın hazırlıq prosesi ilə bağlı məlumat verərək Avropa çempionatında ölkəmizi uğurlu təmsil etmək üçün əllərindən gələni edəcəklərini deyib.

Azərbaycan ilk dəfə para badminton üzrə Avropa çempionatında geniş heyətlə təmsil olunacaq. Para badminton millimiz qitə çempionatına 10 idmançı ilə qatılacaq. İbrahim Əliyev, Minəbəyim Rəhmanzadə, Nicat Allahverdiyev, Ayan Əliyeva, Zəhra Salmanlı, Nərmin İsgəndərova, Əli Məhərrəmov, Fatimə Muradova, Nigar Mehdiyeva və Fərid Mayılov qitə çempionatında müxtəlif kateqoriyalarda yarışacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
1
icma.az

3Sources