EN

Donnarumma Lev Yaşin mükafatını rekord fərqlə qazanıb

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

Xəbər verildiyi kimi, “Mançester Siti”nin qapıçısı Canluici Donnarumma "Lev Yaşin" adına mükafata layiq görülüb.

O, jurnalistlərin səsverməsində birinci yer uğrunda 100 səsdən 93-ünü toplayıb.

İdman.biz xəbər verir ki, Donnarumma ümumilikdə 486 xal toplayıb ki, bu da bütün rəqiblərinin birlikdə topladıqları xaldan çoxdur.

İkinci yeri tutan Alisson 120, Yan Sommer isə 112 xal qazanıb. Digər qapıçılar isə 100 xaldan az nəticə göstəriblər.

Ötən mövsüm Donnarumma PSJ-də çıxış edib, yayda isə “Mançester Siti”yə transfer olub.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
1
icma.az

2Sources