EN

Yeni tapılmış canlı artıq yox olmaq üzrədir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2019-cu ildə elm adamları tərəfindən tamamilə yeni bir balina növü aşkar edilib.
Lakin bu canlının mövcudluğu artıq təhlükə altındadır.
Oxu.Az xəbər verir ki, bu barədə "IFLScience" yazır.
Zolaqlı Brayd balinalarının sayı getdikcə azalır. Son araşdırmalar göstərir ki, bu yeni kəşf edilmiş növün nəsli kəsilmək təhlükəsi altındadır və okeanda cəmi 50 belə balına qalıb.
Problemin əsas səbəblərindən biri balina ovudur. Lakin gəmilərlə toqquşma və okeanın neftlə çırklənməsi də Brayd bailnalarının mövcudluğuna təhdid yaradır.
Alimlər bu növün əsrin ortalarına qədər tamamilə məhv olacağından qorxurlar.
Chosen
79
oxu.az

1Sources