EN

Krivatsyukun komandası XAL İTİRDİ

Cənubi Koreya çempionatında 31-ci turun oyunları keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” səfərdə “Qanqvon”la qarşılaşıb və qolsuz heç-heçə ilə kifayətlənib – 0:0.

Krivotsyuk da bu qarşılaşmanın iştirakçısı olub. O, görüşə start heyətdə çıxıb və sona qədər meydanda olub.

31 turdan sonra aktivində 49 xal olan “Daejeon” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
5
2
bizim.media

10Sources