EN

Moldovada parlament seçkiləri keçiriləcək

BAKI, 27 sentyabr. TELEQRAF

Bu gün Moldovada parlament seçkiləri keçiriləcək.

Teleqraf xəbər verir ki, Prezident Maya Sandunun rəhbərlik etdiyi hakim Fəaliyyət və Həmrəylik Partiyası ilə yanaşı digər partiyalar və bloklar iştirak edir.

Seçki blokları, partiyalar və müstəqil namizədlər də daxil olmaqla, 22 namizəd seçkilərdə iştirak edir. Bununla belə, rəy sorğuları dörddən çox namizədin seçki baryerini keçmək şansının olmadığını göstərir. Öncül namizədlər PAS və onun əsas rəqibi, keçmiş prezident İqor Dodonun rəhbərlik etdiyi Moldova Respublikası Sosialistlər Partiyasıdır.

Bu həftə Mərkəzi Seçki Komissiyası Qaqauziyanın keçmiş qubernatoru İrina Vlahın “Moldovanın ürəyi” partiyasının iştirak icazəsini ləğv edib.

Chosen
30
13
teleqraf.com

10Sources