EN

Azərbaycanda şüşə istehsalı cüzi azalıb

Azərbaycanda şüşə istehsalı cüzi azalıbBu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 694 min kvadratmetr tikinti şüşəsi istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 % azdır.

Bu il sentyabr ayının 1-nə olan vəziyyətə görə, Azərbaycanda 1 milyon 555 min kvadratmetr hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 10 milyon kvadratmetr tikinti şüşəsi istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 14,3 % çoxdur.

Chosen
15
2
sonxeber.az

3Sources