EN

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



4-cü dərəcəli onkoloji xəstələr üçün ağrıkəsici dərman tapılmır.
Bununla bağlı xəstəlikdən əziyyət çəkən qadının həyat yoldaşı Mahmud Məmmədov "Xəzər Xəbər"ə müraciət edib. O iddia edir ki, həyat yoldaşı üçün dövlət tərəfindən verilən ağrıkəsici dərmanları 20 gündür ki, əldə edə bilmirlər.
Mahmud Məmmədov deyir ki, dərman preparatını əldə etmək üçün yaşadığı ərazi üzrə Binə qəsəbə poliklinikasına müraciət edib. Lakin ona sözügedən ağrıkəsicilərin onlarda mövcud olmadığı bildirilib. Nə vaxt gələcəyi ilə bağlı isə məlumat verilməyib.
Vətəndaşın şikayəti ilə əlaqədar TƏBİB-ə müraciət edilib. Qurumdan bildirilib ki, məsələ araşdırılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Chosen
68
8
oxu.az

10Sources