EN

Şəkidə 65 yaşlı kişinin ölümü ilə bağlı TƏFƏRRÜATLAR

Şəkinin Baş Layısqı kəndində 65 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kənd sakini Allahyar Şirinov axşama doğru evə dönmədiyini görən ailə üzvləri onu axtararaq dağətəyi ərazidə yerləşən bağlarında tapıblar.
 

Mərhumun qardaşı Nizami Şirinov bildirir ki, həyat yoldaşı axtara-axtara bağa gəlib. Onu ağacın altında uzanılı vəziyyətdə aşkarlayıb. Məlum olub ki, Allahyar qoz çırpmaq üçün ağaca çıxıb və yıxılıb.


Hadisədən sonra ailə üzvləri özləri Allahyar Şirinovu Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Lakin həkimlərin səyinə baxmayaraq 65 yaşlı sakinin həyatını xilas edə bilməyiblər.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Chosen
12
bizim.media

1Sources