EN

AFB Bank bayrağımızı təhrif edib FOTO

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq dövlət qurumları, qeyri-dövlət təşkilatları və kommersiya şirkətləri sosial şəbəkələrdə müxtəlif paylaşımlar ediblər.

Gununsesi.info xəbər verir ki, AFB Bank ASC-nin rəsmi səhifəsində yayımlanan paylaşım sosial şəbəkələrdə diqqət çəkib.  Belə ki, təqdim olunan şəkildə Azərbaycan bayrağının səkkizguşəli ulduzu düzgün əks olunmayıb. Əslində səkkizguşəli ulduzdan ibarət olan rəmz paylaşımda 11 guşəli formada təsvir edilib.

Qeyd edək ki, bank sözügedən paylaşımı silib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
icma.az

1Sources