EN

"Real Madrid"dən biabırçı məğlubiyyət

İspaniya La Liqasının VII turu çərçivəsində "Atletiko Madrid" doğma meydanda "Real"ı darmadağın edib.

"Unikal" xəbər verir ki, "Metropolitano" stadionunda keçirilən Madrid derbisi 5:2 hesabı ilə başa çatıb.

Qaliblərin qollarını Robin Le Norman (14-cü dəqiqə), Aleksander Sorlot (45+3), Xulian Alvares (50, penalti; 64) və Antuan Qrizmann (90+4) imza atıblar. "Real Madrid"in heyətində Kilian Mbappe (25) və Arda Gülər ​​(36) fərqləniblər.

"Real Madrid" mövsümdə ilk dəfə məğlubiyyətlə üzləşib. Xabi Alonsonun yetirmələri bundan əvvəl İspaniya çempionatında altı dəfə, Çempionlar Liqasında bir dəfə qalib gəlib.

Chosen
31
5
unikal.az

6Sources