EN

Almanların 65 faizindən çoxu kansler Fridrix Mertsin işindən narazıdırlar

Almanların

Almanların 65 %-dən çoxu ölkə kansleri Fridrix Mertsin işindən narazıdırlar.

"Report" xəbər verir ki, bunu "Bild" qəzetinin sifarişi ilə INSA sosioloji institutunun keçirdiyi sorğunun nəticələri sübut edir.

Qeyd olunub ki, hələ iyunun əvvəlində analoji sorğuda iştirak edən respondentlərin 45 %-i hökumət başçısının fəaliyyətindən narazı olduğunu bildirib. Demək olar ki, dörd ay ərzində bu pay 20 faiz artıb.

Yalnız 23 % Mertsin fəaliyyəti haqqında müsbət fikirdədir. Halbuki iyunun əvvəlində bu göstərici 36 %-dən çox idi. Sorğuda 12 % faiz isə qərarsız qalıb.

Sentyabrın 25-26-da keçirilən sorğuda ümumilikdə, 1 003 nəfər iştirak edib.

Bu arada, Xristian Demokratik İttifaqı/Xristian Sosial İttifaqı Almaniyanın partiya sıralamasında birinciliyini "Almaniya üçün Alternativ" partiyasına verməkdə davam edir. Respondentlərin yalnız 25 %-i mühafizəkarları, 26 %-i isə Almaniya üçün Alternativ partiyasını dəstəkləməyə hazırdır.

Chosen
12
2
xalqcebhesi.az

3Sources