EN

La Liqa: Atletiko Real ı darmadağın edib

ain.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

İspaniya La Liqasının VII turunda "Atletiko" doğma meydanda "Real"ı darmadağın edib.

"Report"un məlumatına görə, "Metropolitano" stadionunda keçirilən Madrid derbisi 5:2 hesabı ilə başa çatıb.

Qaliblərin qollarını Robin Le Norman (14, Aleksander Sorlot (45+3), Xulian Alvares (50-p.;64) və Antuan Qrizmann (90+4) imza atıblar. "Real"ın heyətində Kilian Mbappe (25) və Arda Gülər ​​(36) fərqləniblər.

"Real" mövsümdə ilk dəfə məğlubiyyətlə üzləşib. Xabi Alonsonun yetirmələri bundan əvvəl İspaniya çempionatında altı, Çempionlar Liqasında bir dəfə qalib gəlib.

"Real" 18 xalla turnir cədvəlinə başçılıq edir. "Atletiko" dördüncü pilləyə yüksəlib, Dieqo Simeonenin komandası 12 xala malikdir. "Real" növbəti turda, oktyabrın 4-də "Vilyarreal"ı qəbul edəcək, "Atletiko" gələn ayın 5-də səfərdə "Selta" ilə qarşılaşacaq.

Komandalar gələn həftə Çempionlar Liqasında da çıxış edəcəklər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
5
icma.az

6Sources