EN

Xocalıda ağacəkmə aksiyası keçirilib 

27 Sentyabr – Anım Gününün 5-ci ildönümü münasibətilə Xocalı rayonunda ağacəkmə aksiyası təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlərin əziz xatirəsini əbədiləşdirmək məqsədilə keçirilən aksiya Xocalı rayonunun Ballıca kəndində baş tutub.

Aksiyada Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri, şəhid ailələri, müharibə veteranları və yerli ictimaiyyətin üzvləri iştirak ediblər. Aksiya çərçivəsində 200-dən çox çinar, şam, zeytun və badam ağacları əkilib.

Chosen
58
11
azerbaijan-news.az

10Sources