EN

"Neftçi" "Karvan"a qarşı, Şamaxıda heç-heçə - Yenilənir

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasında VI tur davam edir. 

QOL.az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq keçirilib. 

“Şamaxı” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. 

Hazırda “Şamaxı” 6 xalla 8-ci pillədə qərarlaşıb.

Naxçıvan təmsilçisi isə 11 xalla ikincidir. 

Günün ikinci matçında “Neftçi” öz meydanında “Karvan”ı sınağa çəkəcək. Ötən tur qələbə həsrətinə son qoyan paytaxt təmsilçisi hazırda 6 xalla 8-ci, Yevlax klubu isə 4 xalla 11-ci pillədə qərarlaşıb. 

Qeyd edək ki, tura sabah keçiriləcək 2 görüşlə yekun vurulacaq. 

27 sentyabr

19:00. "Neftçi" - "Karvan" - 0:0 (Birinci hissə)
Hakimlər:
Kamranbəy Rəhimov, Asiman Əzizli, Zöhrab Abbasov, Nicat İsmayıllı
VAR: Fərid Hacıyev
AVAR: Vüqar Həsənli
"Neftçi Arena"

15:30. "Şamaxı" - "Araz-Naxçıvan" - 1:1 

Qollar: Rüfət Abbasov, 28 (1:0); Şarl Boli, 73 (1:1)

Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Eyyub İbrahimov
Şamaxı şəhər stadionu

28 sentyabr

16:30. "Turan Tovuz" - "Kəpəz"

19:00. "Sabah" - "Sumqayıt"

26 sentyabr

"İmişli" - "Zirə" - 1:1

"Qarabağ" - "Qəbələ" - 2:0

Bombardirlər: 

Toral Bayramov ("Qarabağ") - 3 qol

Martins Juniyor ("Zirə") - 3 qol

Olabe Roberto ("Turan Tovuz") - 2 qol

Coy-Lens Mikels ("Sabah") - 2 qol

Ceyhun Nuriyev ("Zirə") - 2 qol

İssa Cibrila ("Zirə") - 2 qol

Ba-Muaka Simakala ("Araz-Naxıvan) - 2 qol

Chosen
34
8
teleqraf.com

10Sources