EN

Kartofu belə qızardın Daha sağlam, az kalorili

Medicina portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dünyanın ən məşhur qəlyanaltılarından biri olan kartof qızartması yüksək kalorili və yağlı olduğu üçün sağlamlıq riski yarada bilər. Düzgün bişirmə üsulları ilə bu dadlı yeməyi daha sağlam etmək mümkündür.

Medicina.az xəbər verir ki, ənənəvi şəkildə hazırlanan kartof qızartması yüksək yağ və kalorili tərkibinə görə sağlamlığa mənfi təsir göstərər.

Ancaq bəzi sadə və düzgün bişirmə üsulları ilə bu dadlı yemək həm xırtıldayan, həm də qidalı ola bilər.

1. Suda saxlayın

Qızartmadan əvvəl kartofu bir müddət suda islatmaq nişastanın bir hissəsini həll etməyə kömək edir.

Bu üsul kartofun yağ udmasını azaldır və xırtıldayan, yumşaq kartof əldə etməyə kömək edir.

2. Yağ seçimi

Qızartmada istifadə olunan yağ önəmlidir.

Zeytun və fındıq yağı kimi mono doymamış yağlar yüksək temperatura davamlılıqları sayəsində həm sağlam, həm də dadlı qızartma təmin edir.

3. Aşağı istilikdə qızardın

Kartofun aşağı temperaturda qızardılması həddindən artıq yanmasının qarşısını alır və içərisinin bərabər bişirilməsini təmin edir.

Bu üsul akrilamid əmələ gəlməsini azaltmaqla yanaşı, daha sağlam və daha dadlı nəticələr verir.

4. Fırında və ya "airfry"da bişirmə

Ənənəvi qızartma yerinə sobada və ya "airfry"da bişirmək yağdan istifadəni minimuma endirir.

İncə dilimlənmiş kartofu zeytun yağı ilə fırçalamaq və onları sobada və ya "airfry" qabında bişirmək ənənəvi qızartma ilə müqayisədə xeyli aşağı kalori və yağla nəticələnir.

Bundan əlavə, xırtıldayan tekstura və ləzzət qorunur.

Aygün

Medicina.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
1
icma.az

2Sources