EN

Şərurda 800 dən çox abonent qazsız qalıb-avtomobil qaz xəttinə ÇIRPILIB

Ajans.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Dizə kəndində baş verib. Qəza nəticəsində qaz borusu zədələnib. Dizə və Oğlanqala kəndlərində 801 abonentin qaz təchizatı dayandırılıb. Hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə əraziyə təbii qazın verilişi dayandırılıb. Bərpa işləri yekunlaşan kimi (qısa müddət ərzində yekunlaşması nəzərdə tutulur) sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.

Hadisə nəticəsində xəsarət alan yoxdur.

Chosen
4
12
Ajans.az

10Sources