EN

Yasamal ictimaiyyəti şəhidlərimizi yad etdi

Bu gün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun rəhbərliyi ilə rayon ictimaiyyətinin nümayəndələri 27 sentyabr – Anım Günü ilə əlaqədar Yasamal rayon şəhidlərinin xatirə kompleksini ziyarət ediblər.

Ərazi bütövlüyümüz uğrunda həlak olan qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, kompleks önünə gül dəstələri düzülüb.

Daha sonra ictimaiyyət nümayəndələri Hərbi Memorial Məzarlığa baş çəkərək burada Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, xatirələrini dərin ehtiramla yad ediblər.

Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Təzə Pir məscidində ehsan süfrəsi açılıb. Mərasimdə Yasamal Rayon İcra Hakimiyyəti apratının kollektivi, Milli Məclisin deputatları , hüquq-mühafizə orqanlarınını rəhbərləri, YAP rayon təşkilatının fəalları, eləcə də şəhid ailələri və qazilər, din xadimləri və aztəminatlı şəxslər iştirak ediblər.Ehsan süfrəsi mərasimində Vətən uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan oğullarının ruhuna dualar oxunub, Qurandan surələr səsləndirilib.

Günün sonunda isə Yasamal rayon ictimaiyyətinin nümayəndələri Zəfər Parkına baş çəkiblər. Burada rayon ictimaiyyətinin nümayəndələri Azərbaycan ordusunun beş il öncə Vətən Müharibəsində qazandığı parlaq zəfəri bir daha xatırlayaraq şəhidlərin əziz xatirəsini yad edib və abidə önünə əklil qoyublar.

Chosen
20
1
sabahinfo.az

2Sources