EN

27 sentyabr - Anım Günü ilə əlaqədar Nazirliyin kollektivi Zəfər parkında olub

27 Sentyabr - Anım günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər parkında olub.

Nazirlikdən Qaziler.az=a bildirilir ki, Zəfər abidəsinin önünə gül dəstələri düzülərək qürur mənbəyimiz olan qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 Sentyabr - Anım Günü kimi qeyd edilir. Bu gün xalqımız ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edir.

Şanlı tarix yazan qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirik!

Chosen
6
46
qaziler.az

10Sources