EN

“Qızıl top 2025”: Azərbaycanla qonşu ölkələrin səsverməsində diqqət çəkən adlar

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycanla qonşu ölkələrdən Gürcüstan, İran, Türkiyə və Rusiya “Qızıl top-2025” üçün səs vermək hüququna malik idilər.

İdman.biz-in məlumatına görə, Gürcüstan jurnalisti Vah­tanq Bzikadze birinci yerə Xviça Qveratsxeliyanı, ikinci yerə Usman Dembeleni, üçüncü yerə isə Lamin Yamal seçib. Rusiyalı nümayəndə Konstantin Kleşçov isə birinci yerə Dembeleyə, ikinciyə Yamala, üçüncü yerə isə Canluici Donnarummaya səs verib.

İranda Siyamək Rəhmani birinci yeri Yamal, ikinci yeri Rafinya, üçüncü yeri isə Dembeleyə verib. Türkiyə jurnalisti Fatih Doğan isə Vinisius Junior, Rodri və Hakan Çalhanoğlu seçib.

Beləliklə, region ölkələrinin səsverməsində xüsusilə Lamin Yamal və Usman Dembele diqqət çəkib, çünki onlar bir neçə ölkənin top-3-lüyünə düşüblər.

Qeyd edək ki, Azərbaycan bu dəfə səsvermədə iştirak etməyib, çünki ölkəmiz FIFA-nın top-100 reytinqinə daxil deyil.

Teymur Tuşiyev

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
1
icma.az

2Sources