EN

Mahir Emreli yenə heyətdən kənarda qaldı

ain.az, Qol.az portalına istinadən məlumat verir.

Almaniya 2-ci bundesliqasında 7-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin üzvü olduğu “Kayzerslautern” bu gün səfərdə “Paderborn”la qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Bundan əvvəlki üç görüşdə adı iştirak ərizəsinə salınmayan M.Emreli bu matçda da iştirak edə bilməyəcək. O, oyun üçün açıqlanan 20 nəfərlik heyətdə yoxdur.

Emreli “Kauserslautern"in baş məşqçisi Torsten Liberknextin qərarı ilə son 4 oyunda heyətə salınmır.

28 yaşlı futbolçu bu mövsüm 2-ci Bundesliqada yalnız ilk 3 oyunda meydana çıxıb və qol vura bilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
41
1
qol.az

2Sources