EN

Mixail Timofeyev: “Bir az bəxtimiz gətirmədi” ÖZƏL MÜSAHİBƏ

ain.az, Idman.biz saytına istinadən bildirir.

Kişi stolüstü tennis yığmamız da qadın komandası kimi III MDB Oyunlarının komandalararası finalında Rusiya yığmasına 0:2 hesabı ilə uduzub.

Final matçlarının dərhal ardından İdman.biz-in Qəbələyə ezam olan əməkdaşının baş məşqçi Mixail Timofeyev ilə danışmaq imkanına malik olub.

- Komandanın çıxışı barədə nə deyə bilərsiniz? Qələbə üçün nə çatmadı?

- Düzünü desəm, çox məyusam, çünki bəzi məqamlar olmasa, oyun tam fərqli nəticələrlə yekunlaşa bilərdi. Məsələn, Onur Quluzadə bir neçə epizodda çox şanssızlıq yaşadı. Nəticədə, bizim oyunçumuz oyunun axarını dəyişə bilmədi və rəqibi qələbə qazandı.

Adil Əhmədzadənin şansları isə demək olar ki, yox idi, çünki rəqibi obyektiv olaraq daha güclü idi. Amma əgər Onur qazanmış olsaydı, vəziyyət tamamilə fərqli olardı — çünki cütlükdə bizim oyunçular çox güclüdür və mən əminəm ki, onlar ruslara layiqli müqavimət göstərə bilərdilər. Bir sözlə, bir az bəxtimiz gətirmədi.

- Komandanın ümumi çıxışına baxanda medallar gözləmək olarmı?

- Əlbəttə! Mən çox ümidliyəm ki, Onur, həm Azərbaycanda, həm də Avropada ən istedadlı stolüstü tennisçilərdən biri kimi, gələcəkdə özünü daha da göstərəcək. Cütlükdə isə Onur və Adil medal qazanmağa qadirdir. Qeyd edim ki, Onur “Hops” proqramının iştirakçısıdır — bu proqram dünya üzrə ən istedadlı tennisçilərin inkişafına yönəlib. Ona görə də mənim gözləntilərim boşuna deyil.

- Hazırkı gənc nəsil sizin nəsildən daha böyük uğurlar qazana bilərmi?

- Artıq qazanırlar! Onur 2011-ci il təvəllüdlüdür, Adil isə 2008-ci il. Mən əminəm ki, onların qarşısında hələ böyük uğurlar var!

Vüqar Vüqarlı

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
1
icma.az

2Sources