EN

Azərbaycanda şüşə istehsalı azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 694 min kvadratmetr tikinti şüşəsi istehsal edilib.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 % azdır.Bu il sentyabr ayının 1-nə olan vəziyyətə görə, Azərbaycanda 1 milyon 555 min kvadratmetr hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 10 milyonkvadratmetr tikinti şüşəsi istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 14,3 % çoxdur.

Chosen
8
2
metbuat.az

3Sources