EN

İngiltərəli yarımmüdafiəçi daha 5 il “Mançester Siti”də - RƏSMİ

İngiltərənin “Mançester Siti” klubu Niko O’Rayli ilə müqaviləni 5 il müddətinə uzadıb.

İdman.biz xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə yeni anlaşma 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, cari Premyer Liqa mövsümündə O’Rayli “Mançester Siti”nin heyətində 4 oyuna çıxıb. Ötən mövsümdə isə onun aktivində 9 qarşılaşmada 2 qol olub.

İdman.biz

Məqalədə:
Chosen
11
2
idman.biz

5Sources