EN

“Neftçi” komandanın adını bilməyən futbolçunu transfer edib!

ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, “Neftçi” dünən yeni transferini açıqlayıb. “Ağ-qaralar” İfeanyi Metyunu heyətinə qatıb.“Football-plus.az” xəbər verir ki, futbolçu ilə bağlı iki üzücü məqam var. Birincisi odu ki, nigeriyalı yarımmüdafiəçi gəldiyi klubun adını bilmir. “İnstaqram” profilinin bioqrafiyasına da “pfnefchi” yazıb. “Neftçi” deyiblər, “Nefçi” eşidib. Camiə bura gələn istənilən futbolçunun klubun dəyərini, əzəmətini bilməli olduğunu deyir, gələn isə nəinki dəyərini, heç adını da bilmir.Növbəti məqam isə ondan ibarətdi ki, Metyu sonuncu dəfə fevralda meydana çıxıb. Yəni yeddi aydan artıqdı böyük futboldan uzaqdı. Görəsən, iddialı komandaya necə kömək edəcək?!MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
1
icma.az

2Sources