EN

Federasiya prezidenti güllələnərək qətlə yetirildi

Krivoy Roqda şəhərin Sambo Federasiyasının prezidenti Yevgeni Ponırko güllələnib.

Moderator.az yerli KİV-ə istinadən xəbər verir ki, naməlum şəxs iki kişiyə atəş açıb, onlardan biri hadisə yerində ölüb, ikincisi isə yaralanıb və xəstəxanaya yerləşdirilib.

Yevgeni Ponırkoya yeddi dəfə atəş açılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs ərazidən uzaqlaşıb.

Ponırko sambo və cüdo üzrə idman ustası, Avropa çempionatının bürünc mükafatçısıdır.

Chosen
14
5
moderator.az

7Sources