Qədim Misirdə “günəşin müqəddəs çiçəyi” adlandırılan çobanyastığı çiçəyi əsrlər boyu müxtəlif xəstəliklərin müalicəsində istifadə olunub. Bu gün isə müasir elmi araşdırmalar çobanyastığı çayının faydalarını təsdiqləyir.
Bizim.Media xəbər verir ki, çobanyastığının tərkibindəki apigenin adlı aktiv birləşmə beyindəki müəyyən reseptorlara bağlanaraq sinir sistemini sakitləşdirir və narahatlığı azaldır.
Dietoloq Beth Czerwony bildirir ki, çobanyastığı çayından bir neçə qurtum içmək belə yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edir.
Lakin faydaları yalnız yuxu ilə məhdudlaşmır. “Mirror” nəşrində yayımlanan məlumatda qeyd olunur ki, çobanyastığı flavonoidlər, terpenoidlər və kumarinlər kimi sağlamlığa müsbət təsir edən zəngin maddələr ehtiva edir.
Araşdırmaların üzə çıxardığı faydalar:
1. Yuxunu yaxşılaşdırır və narahatlığı azaldır.
2 .Qan təzyiqini tarazlaşdırır və iltihabı azaldır.
3. Güclü antioksidant təsir göstərir.
4. Qaraciyəri qoruyur və xərçəng əleyhinə potensiala malikdir.
5. Yüksək kalium tərkibi ilə ürək ritmini tənzimləyir, böyrək daşlarının yaranmasının qarşısını alır.
6. Kalsiumla zəngin olduğu üçün sümükləri və dişləri gücləndirir.
7. Əzələlərin normal işləməsini və qan laxtalanmasını dəstəkləyir.
2020-ci ildə aparılan elmi araşdırmalar da papatyanın həm profilaktik, həm də müalicəvi təsirini gücləndirən sübutlar təqdim edib.
Mütəxəssislər çobanyastığı çayını gündəlik həyatın bir hissəsinə çevirməyi tövsiyə edirlər. Lakin hər bitki çayında olduğu kimi, həddindən artıq istifadənin bəzi insanlarda allergik təsir göstərə biləcəyini də unutmaq olmaz.
Bizim.Media